Nömrəsiz və vəsiqəsiz “avtoşluq” edib polisdən yayınan sürücü cəzalandı - RƏSMİ - VİDEO

Qaydaları kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, görüntülər bir müddət əvvəl Qax rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan 01-BN-746 dövlət nömrə nişanlı “GAZ-3110” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edərək qəza təhlükəsi yaradıb. Belə ki, o, yüksək sürətlə idarə etdiyi maşının təkərlərini yer səthindən qaldırıb və asfalt örtüyünə sürtərək səs çıxarıb. Eyni zamanda qarlı yolda drift edərək qəza riski yaradıb. Bununla kifayətlənməyən sürücünün avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi və bu üsulla məsuliyyətdən yayındığını bildirilib. Həmçinin o, “TikTok” hesabında sürücülük vəsiqəsi olmadığını qeyd edib.
Xatırladaq ki, sürücünün törətdiyi qayda pozuntusu avtoxuliqanlıq göstəricilərinə əsaslandığı üçün İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlanır. Qanuna edilən dəyişikliyə görə, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmək İXM-nin 332.2-ci maddəsinə əsasən, 200 manat cəriməylə nəticələnir. Avtomobili qeydiyyat nişanı olmadan sürmək isə Məcəllənin 342.7-ci maddəsiylə tənzimlənir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxs ərazi polis orqanına dəvət edilib və barəsində inzibati tənbeh tədbiri görülüb.
Nərmin
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO











