Növbəsini gözləmədən dairəyə girən avtobus sürücüsü - 77-JZ-812 - VİDEO

Gəncə şəhəri, Şah İsmayıl Xətai küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 1-də saat 14:23 radələrində Dəyirman dairəsində qeydə alınıb. Videodan göründüyü kimi, 16 nömrəli marşrut xətti üzrə hərəkət edən 77-JZ-812 dövlət nömrə nişanlı “Yutong” markalı müntəzəm sərnişin daşıyan avtobusun sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub. Belə ki, o, dairə boyunca hərəkətdə olan avtomobili gözləmədən yoluna davam edib və bu zaman görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsində qeyd olunur ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının qarşısında “4.3 – Dairəvi hərəkət” nişanı qoyulduqda, sürücülər dairə üzrə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO
Bakıda "Ferrari"nin sürücüsü qaydaları kobud şəkildə pozdu - VİDEO










