Novxanı yolunda “Changan”la “hoqqa” verən sürücü - 99-NQ-218 - VİDEO
Avtosfer TV
22 Dekabr 2025 13:00
Oxunub 540

Novxanı-Pirşağı yolunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü lentə alınıb. Avtosfer.az-ın məlumatına görə, görüntü “TikTok” sosial şəbəkəsində paylaşılıb.
Hadisə dekabrın 21-də saat 14:56 radələrində qeydə alınıb. Belə ki, 99-NQ-218 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü yol boyu təhlükəli manevrlər edib. Videodan göründüyü kimi, düz xətt üzərində hərəkət edən sürücü maşını gah sağa, gah da sola sürərək digər avtomobillər üçün qəza riski yaradıb. Hadisə şahidinin iddiasına əsasən, bu manevrlər yol boyu davam edib.
Qeyd edək ki, sürücülərin “şou” məqsədilə etdikləri bu cür riskli hərəkətlər özləriylə yanaşı digər yol istifadəçilərinin təhlükəsizliyini də ciddi şəkildə təhlükə altına salır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













