Novxanıda təhlükəli anlar: “Prius” sürücüsü qəzadan görün necə yayındı - VİDEO

Novxanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi anbaan avtomobil kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza günorta saatlarında qeydə alınıb.
Kadrlardan görünür ki, sərnişini götürmək üçün “BYD” markalı avtomobilin sürücüsü maşını yolun kənarına sürərərək dayanır. Onun hərəkəti arxadan gələn nəqliyyat vasitələrinin sürətini azaltmasına səbəb olur. Lakin ondan iki maşın sonra hərəkətdə olan “Toyota Prius” markalı avtomobil sürücüsü, önündəki maşınla toqquşmamaq üçün yoldan çıxaraq maşını yolun kənarına sürür.
Qeyd edək ki, video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi taksi fəaliyyəti ilə məşğul olan “BYD” sürücüsünü günahlandırıblar. Lakin hadisədən görünür ki, “Toyota Prius” sürücüsü düzgün ara məsafəsini saxlamadığı üçün çıxılmaz vəziyyətə düşərək qəzadan son anda yayınıb.
Hər bir sürücü belə xoşagəlməz halların baş verə biləcəyini nəzərə almalı və təhlükəsizliyi təmin etmək üçün ara məsafəsini düzgün təyin etməlidir.
Nərmin
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO










