Ödənilməyən cərimələr maaşdan tutulacaq - VİDEO

Ödənilməyən piyada cərimələri işləyənlərin maaşlarından, tələbələrin isə təqaüdündən tutulacaq. Bununla da yol hərəkəti qaydalarını pozduğu halda cəriməni ödəməkdən yayınan piyadalara qarşı tədbirlər sərtləşdiriləcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, yol hərəkəti qaydalarını pozan piyadaların əksəriyyəti 21-30 yaş arasında olan şəxslərdir. Onlardan cərimələri toplamaq üçün bir sıra üsullara əl atılacaq. O bildirib ki, işləyənlərin əməkhaqları ilə yanaşı, cəriməsini ödəməyən tələbələrin təqaüdlərindən çıxılması üçün universitetlərə müraciət ediləcək. Cərimələrin bu üsullarla toplanılmasında məqsəd piyadalarda formalaşan arxayınçılıq düşüncələrini aradan qaldırmaqdır. Tərtib edilən protokollara görə cərimələri ödəməyən piyadaların statistikası vəziyyətin ürəkaçan olmamasından xəbər verir
Baş verən qəzalar da piyadaların əksəriyyətinin təyin edilməyən yerlərdən keçdiklərini sübut edir. Yanvar ayının 27-dən indiyədək 6 nəfərin xəsarət alması və 2 nəfərin ölməsi ilə nəticələnən qəzalar baş verib. 2 nəfərin ölümü piyada vurulması ilə nəticələnən qəzada qeydə alınıb. Buna da səbəb ölən piyadaların təyin olunmayan yoldan keçməsidir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












