“OKA”nı qaçırdı – “06” cinayəti də üzə çıxdı

Abşeron Rayon Polis İdarəsinə Xırdalan ərazisində şəhər sakini Əliş İmanova məxsus “OKA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılaraq istintaqa təhvil verilib. Polis İdarəsində aparılan araşdırmalarla onun Xırdalan şəhər sakini Yunis İmanov olduğu müəyyən edilib. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 20-də şəhər ərazisindən Saray qəsəbə sakini Ağabəy Kələntərliyə məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da aşkar edilib. Polis əməkdaşları tərəfindən “OKA” markalı avtomobil Yasamal rayonu ərazisində tapılaraq maddi sübut kimi götürülüb. Y.İmanovun “VAZ-2106” markalı avtomobili isə hissələrə bölərək metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Həmin avtomobilin bəzi hissələri onun yaşadığı evin həyətindəki zirzəmidən aşkar olunaraq maddi subut kimi götürülüb.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












