Ölkəmizin qanunlarını saymayan səfirlik sürücüsü: "Kruq" plyonka ilə qaydaları pozur - VİDEO

Paytaxtın Üzeyir Hacıbəyli küçəsində yerləşən Cavanşir körpüsü söküldükdən sonra hərəkətin təşkilinə müəyyən dəyişikliklər edildi. Avtosfer.az xəbər verir ki, yenidən qurulan yolda sol zolaq yalnız sola dönənlər üçün təşkil olunub. Buna dair müvafiq yol nişanları da quraşdırılıb. Lakin sürücülər kütləvi şəkildə qaydaları pozurlar. Belə sürücülərdən birinin görüntüsü avtomobildəki kameraya düşüb. Hadisə sentyabrın 5-də qeydə alınıb. Rumıniya səfirliyinə məxsus 062 D 003 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü sol zolaqla hərəkət edərək bütöv xəttin üzərindən sağ zolağa keçib. Bu zaman o, digər sürücülərin qarşısına keçərək onlara maneə yaradıb.
Eyni zamanda qeyd edək ki, həmin avtomobilin bütün şüşələrinə qanunla tətbiqinə icazə verilməyən plyonka çəkilib. Qanunvericiliyə əsasən, plyonka yalnız arxa və arxa yan şüşələrə çəkilə bilər.
Fərid
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO











