"Ölümə gedən" marşrut avtobusu: Sürücü hər iki qapını açıq saxladı - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan avtobus sürücüsünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 9-da, Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb. Belə ki, 99-JZ-237 qeydiyyat nişanlı marşrut avtobusunun sürücüsü hər iki qapını açıq vəziyyətdə saxlayaraq hərəkət edib.
Mövcud qanunvericiliyə əsasən, nəqliyyat vasitələrinin qapılarının açıq vəziyyətdə idarə olunması qəti şəkildə qadağandır. Bu, yalnız inzibati qayda pozuntusu deyil, həm də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan məsuliyyətsiz davranışdır.
Xüsusilə nəzərə alsaq ki, avtobusda çox zaman ayaq üstə sərnişinlər olur, belə hərəkət onların yolda tarazlığını itirərək bayıra yıxılmasına səbəb ola bilər. Sərt manevr və ya qəfil əyləcləmə zamanı isə nəticələr daha ağır – ciddi xəsarət və hətta ölümlə nəticələnə bilər.
Fərid
Sərxoş “BMW” sürücüsü yol polisinə gərgin anlar yaşatdı – Təqib zamanı qəza - VİDEO
Sürəti aşan “BMW” sürücüsü keçiddən keçən qadınlara qorxulu anlar yaşatdı - ANBAAN VİDEO
Piyadaya yol verməyən sürücünü yol polisi belə saxladı - VİDEO
Bu yolda nişan var, zebra yoxdur: Piyadaların həyatı təhlükədədir - VİDEO
Sürücülər maşını səkidə park edib mağazanın girişini bağladı - VİDEO
Narkoman sürücü ikinci dəfə hallı tutuldu; Ekologiya postunda - FOTO
Qarlı yolda “Tofaş”la şou göstərən sürücü saxlanıldı; 2500 manat cərimələndi - VİDEO
Avtoxuliqanlıq edən sürücünün vəsiqəsi əlindən alındı, özü isə 15 sutka həbs olundu - VİDEO
Azyaşlı sürücüdən “riskli şou”: Daşla dolu “KamAZ”ın təkərlərini havaya qaldırdı - VİDEO
Prospektdə avtomobili dəfələrlə sıxışdırıb təhlükə yaratdı - 77-NE-809 - VİDEO
Şəhərin mərkəzində avtobusu öz “qayda”ları ilə sürüb yolu kəsdi - 77-JA-958 - VİDEO











