Ölümlə nəticələnən yol qəzası törədlb qaçdı – 4 il sonra tutuldu - FOTO

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü saxlanılaraq istintaqa cəlb edilib. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, 2015-ci il aprelin 10-da Hacıqabul-Şirvan yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsinin 3-cü kilometrliyində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçmək istəyən İlqar İsmayılovu vurması, sonuncunun aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölməsi və sürücünün hadisə yerindən yayınması faktına görə RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni rayon sakini Şamxal Xancanov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Saxlanılan şəxs dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edərək izi itirmək üçün avtomobili ayrı-ayrı hissələr bölüb satdığını bildirib.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Toğrul Nəsirli,
polis leytenantı
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













