Öncə dayanıb yolu kəsdi, sonra sıxışdırıb zolaqdan çıxardı - VİDEO

Bakı-Sumqayıt yolunda qaydaları pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 7-də, Beynəlxalq Avtovağzalın qarşısında baş verib.
Belə ki, 77-TB-024 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü dayanma-durmanın qadağan edildiyi yol sahəsində dayanaraq sərnişin düşürüb. Bu zaman sağ zolağı məşğul edərək digər sürücülərə çətinlik yaradıb. Qeyd edək ki, sərnişin düşürmək məqsədilə 100 metr irəlidə, avtovağzalın düz qarşısında heç kimə mane olmadan dayana bilərdi.
Bu qayda pozuntusu ilə kifayətlənməyən sürücü daha sonra görüntünü qeydə alan avtomobili sıxışdıraraq zolaqdan kənara çıxarıb. Redaksiyamıza müraciət edən sürücü bildirir ki, həmin vaxt öz iradını bildirsə də, o, qayda pozduğunu etiraf etməyib.
Sözügedən videonu təqdim edirik.
Fərid
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO








