Ötmə qaydasını pozan sürücü körpüyə çırpılmaqdan son anda qurtuldu - VİDEO

Qaydalar 26 İyul 2024 12:15 Oxunub 788
Ötmə qaydasını pozan sürücü körpüyə çırpılmaqdan son anda qurtuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda ötmə və manevr qaydasını pozan sürücünün təhlükə saçan hərəkətləri sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 20-də, paytaxtın Babək prospektində baş verib. Belə ki, 99-OZ-252 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü sağdan ötmə edərək hərəkətdə olan maşınları keçib getmək istəyib. Bu zaman körpünün girişindəki ayırıcı zolağa çırpılmaqdan son anda xilas olub.

Qanunvericiliyə görə, sağdan ötmə əməliyyatı qadağandır. Bu əməli törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə oluna bilərlər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh