Ötmə qaydasını pozan sürücü təhlükəli anlar yaşatdı - VİDEO

Qaydalar 9 Sentyabr 2024 13:13 Oxunub 114
Ötmə qaydasını pozan sürücü təhlükəli anlar yaşatdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yolda təhlükəli anlar yaşadan sürücünün videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 8-də, paytaxtın hava limanı yolunda baş verib.

Belə ki, 77-RS-395 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü ötmə qaydasını pozaraq avtobusla görüntünü qeydə alan avtomobilin arasından keçib. Bu zaman təhlükəli anlar yaşadıb.

"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sürücü ötməyə başlamazdan əvvəl əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq.

Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh