Övladının yaşamasını istəyən valideynlər bu addıma son qoymalıdır - VİDEO

Yolu düzgün şəkildə keçməyən piyadanın hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 25-də, paytaxtın Abdulla Şaiq küçəsində qeydə alınıb. Belə ki, övladını məktəbdən götürən valideyn yolu nəzərdə tutulmayan yerdən keçib. Videodan da aydın şəkildə görünür ki, o, azyaşlı övladı ilə birlikdə, keçiddən təxminən 20 metr aralıda yolu təhlükəli formada keçib.
Qeyd edək ki, hər bir valideyn yalnız öz təhlükəsizliyinə deyil, övladının gələcək davranışlarına da birbaşa təsir edir. Uşaqlar böyükləri təqlid edir və yol hərəkəti qaydalarını ilk olaraq valideynlərindən öyrənirlər.
Bu səbəbdən valideynlərə çağırış edirik: yolu yalnız piyada keçidlərindən keçin, işıqforun tələblərinə əməl edin və övladlarınıza düzgün nümunə olun. Unutmayaq ki, bir neçə addımlıq “qənaət” ciddi təhlükələrə, hətta faciəyə səbəb ola bilər.
Övladlarımıza təhlükəsiz davranışı sözlə deyil, əməl ilə öyrədək. Onların həyatını riskə atmaq əvəzinə, qaydalara riayət etməklə həm özümüzü, həm də gələcəyimizi qoruyaq.
Fərid
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












