Öz keyfiylə hərəkət edən kuryer - Qoşa xətti heçə sayıb əks yola çıxdı - VİDEO

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 24-də saat 14:43 radələrində qeydə alınıb. “Wolt” şirkətinin kuryeri idarə etdiyi 99-D-725 dövlət nömrə nişanlı “Tufan” markalı motosikletlə qoşa xətti tapdalayaraq əks yola çıxıb. Bu manevr həm sürücünü, həm də qarşıdan gələn avtomobilləri təhlükə altında qoyub.
Təəssüf ki, bəzi motosiklet sürücüləri yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Belə hallarda qarşı tərəfdən gələn avtomobillər ani manevr etməli olur, piyadalar təhlükə altında qalır, və yol qəzalarının sayı artır. Hər bir sürücü idarə etdiyi nəqliyyat növündən asılı olmayaraq yol nişanlarına və xətt tələblərinə riayət etməlidir.
Nərmin
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücülər yolda təhlükə yaratdılar - VİDEO
Masazırda qaydalardan xəbərsiz sürücü az qala qəza törədəcəkdi - VİDEO
Bu küçədə səki ilə hərəkət çətinləşib - Addımbaşı maşınlar park edilib - FOTO










