Öz qaydalarını işə salan sürücü maşından düşüb dərs keçdi - VİDEO

Qaydalar 9 Aprel 2026 14:30
Öz qaydalarını işə salan sürücü maşından düşüb dərs keçdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində yol hərəkəti qaydalarını pozan sürücü avtomobil kamerasına düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.

Kadrlardan görünür ki, 77-BJ-363 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq qəfil sol zolağa manevr edib. Nəticədə o, görüntünü qeydə alan avtomobilə qəza şəraiti yaradıb. Daha sonra sürücü siqnal verərək ona iradını bildirib. Lakin o, xətasını qəbul etmək əvəzinə avtomobilindən düşərək sürücüyə etiraz ifadə edib və yenidən sükan arxasına keçib.

Yol hərəkəti qaydalarına görə, sürücülər yalnız zolaqlar üzrə hərəkət etməli, qəfil manevrlərdən çəkinməli və digər nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etməlidirlər.

Nərmin

Oxunub : 312
ŞƏRH YAZ
Ad

E-mail

Şərh