Öz zolağını "bəyənməyən" sürücü sağ zolağa keçib təhlükə yaratdı - VİDEO

Bakıda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 6-da, paytaxtın Yusif Səfərov küçəsində baş verib. Belə ki, 77-XL-095 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü hərəkət zamanı lüzumsuz olaraq sağ zolağa manevr edib.
Bu zaman görüntünü qeydə alan sürücünü sıxışdıraraq ona qəza şəraiti yaradıb. Videogörüntüdən də aydın şəkildə görünür ki, qayda pozan sürücünün qarşısı boş olmasına baxmayaraq öz zolağı ilə hərəkət etməyib.
Qeyd edək ki, sürücülərin əksəriyyəti döngələrdə öz zolağı ilə hərəkət edə bilmirlər. Zolaqdan kənara çıxıb təhlükə yaradan zaman isə günahı özlərində görmürlər. Bu əmələ görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










