Özlərini əyləncə mərkəzində hiss edən sürücü və sərnişin prospekti zibillədi - VİDEO

Qaydalar 17 İyul 2024 13:10 Oxunub 582
Özlərini əyləncə mərkəzində hiss edən sürücü və sərnişin prospekti zibillədi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yolu zibilləyən sürücü və sərnişinin videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-NC-376 qeydiyyat nişanlı "Qazel" markalı avtomobilin həm sürücüsü, həm də sərnişini tum çırtlayaraq qabığını bayıra atıblar. Onların bu hərəkəti videogörüntünü qeydə alan sürücünü qəzəbləndirib.

Qeyd edək ki, nəqliyyat vasitəsindən bayıra hər hansı əşyanın atılmasına görə, sürücüləri 40 manat, sərnişinləri isə 30 manat məbləğində cərimə gözləyir.

 

Könül Rauf

ŞƏRH YAZ
Ad

E-mail

Şərh