Özlərini hamıdan vacib hesab edib "protiv" sürdülər - VİDEO

Qaydalar 15 İyun 2020 13:49 Oxunub 3832
Özlərini hamıdan vacib hesab edib  "protiv" sürdülər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalan şəhərində qayda pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, iyunun 8-i Heydər Əliyev prospekti ilə hərəkət edən 90-PR-581 qeydiyyat nişanlı "Ravon" markalı, 90-PJ-820 qeydiyyat nişanlı "Chevrolet" markalı, 01-CD-766 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillərin sürücüləri ayırıcı zolağın əks tərəfinə keçərək axına qarşı hərəkət ediblər. Onlar bu hərəkəti etməklə qarşıdan gələn avtomobillərə təhlükə törədiblər.

Qeyd edək ki, əvvəl sürücülər yolların təmirsiz olduğunu bəhanə edərək qaydaları pozurdular. Hal hazırda yolların təmir olunub tam istifadəyə verilməsinə baxmayaraq sürücülər qaydaları pozmaqdan əl çəkmirlər.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh