Özü qəsdən qayda pozub günahsız sürücüyə şər atdı - VİDEO

Bakıda qayda pozan sürücü qeydə aldığı videonu sosial şəbəkədə paylaşaraq özünü ifşa edib. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 28-də, paytaxtın hava limanı yolunda baş verib.
Belə ki, 90-PC-061 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü sağ zolaqla hərəkət edən "Ford" markalı avtomobilin qəfil zolağına manevr edərək onu sıxışdırıb. Bu azmış kimi bir az irəlidə onu yenidən sağa sıxışdıraraq qarşısını kəsib. Sürətli yolda ikinci cərgədə dayanan sürücü təhlükə yaratmaqla yanaşı mübahisə etməyə başlayıb. O, "Ford"un sürücüsünə yol verməli olduğunu iddia edib. "Ford"un sürücüsü isə heç bir qayda pozuntusuna yol vermədiyini bildirib.
Bəs bu situasiyada kim haqlıdır?
Qeyd edək ki, ikinci dərəcəli yoldan gələn avtomobilin qarşısında "yol ver" nişanının olmasına baxmayaraq, trayektoriyanın kəsişmədiyi halda yol verməli deyil.
Yol vermə vəziyyəti o zaman yaranır ki, ikinci dərəcəli yolla hərəkət edən avtomobilin baş yoldakı avtomobillə trayektoriyası kəsişsin. Bu kəsişmədə isə hər iki avtomobil üçün ayrıca zolaq var. Burada trayektoriya kəsişmədiyindən yol vermə vəziyyəti də yaranmır. Əksinə, görüntünü qeydə alan avtomobil zolağını dəyişdiyi üçün özü sağ zolaqdakı nəqliyyat vasitəsinə yol verməlidir.
Fərid
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO









