Özü tıxacda qalmamaq üçün qayda pozdu; hərəkət çətinləşdi - VİDEO

Qaydalar 9 Oktyabr 2024 14:44 Oxunub 188
Özü tıxacda qalmamaq üçün qayda pozdu; hərəkət çətinləşdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Manevr qaydasını kobud şəkildə pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 4-də Bakı-Sumqayıt yolunda baş verib.

Belə ki, 99-HS-558 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü tıxacda qalmamaq üçün sol zolaqla hərəkət edib. Daha sonra isə 3-cü zolaqdan sağa dönən zaman arxadan gələn nəqliyyat axınının qarşısını kəsərək sıxlığa səbəb olub.

Qeyd edək ki, hər gün bu yolda anoloji hal yaşanır. Buna görə də Şamaxinkadan bu nöqtəyə qədər tıxac baş verir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh