Özünə yer tapa bilməyən sürücü ardıcıl olaraq manevr qaydasını pozdu - VİDEO

Qaydalar 8 Oktyabr 2024 18:27 Oxunub 196
Özünə yer tapa bilməyən  sürücü ardıcıl olaraq manevr qaydasını pozdu  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncə şəhərində kobud qayda pozan sürücü anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, 20-DV-594 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü ardıcıl olaraq manevr qaydasını pozur. Belə ki, qayda pozan sürücü onu ötmək istəyən avtomobili sıxışdıraraq qəza riski yaradır. Bu zaman əsəbiləşən sürücü siqnal verərək ona xoşagəlməz ifadələr işlədir. Daha sonra sürət həddini artıran “VAZ” sürücüsü zolaqlar arası keçid edir və işıqforun qırmızı işığında dayanır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh