Özünə yer tapa bilməyən sürücü velosiped zolağında park etdi - VİDEO
Qaydalar
8 İyul 2025 10:00
Oxunub 812

Bakıda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 20-də, paytaxtın Parlament prospektində qeydə alınıb. Belə ki, 90-FM-118 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü velosipedlər üçün nəzərdə tutulmuş zolaqda dayanıb.
Qeyd edək ki, velosipedlər və kiçik elektrikli nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin həmin zolaqda parklanmasına görə, İnzibati Xətalar Məcəlləsinin 346.7-ci maddəsilə 2 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
ŞƏRH YAZ














