Özünə yer tapa bilməyib dəfələrlə qayda pozan sürücü - 10-KM-579 - VİDEO

Qaydalar 6 İyun 2024 14:44 Oxunub 290
Özünə yer tapa bilməyib dəfələrlə qayda pozan sürücü - 10-KM-579   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Gülarə Qədirbəyova küçəsi ilə Təbriz küçəsinin kəsişməsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 10-KM-579 dövlət nömrə nişanlı “Jeep” markalı avtomobilin sürücüsü bir neçə qayda pozaraq təhlükə yaradıb. Belə ki, o, öncə qoşa xəttin tələbini pozaraq axına qarşı hərəkət edir. Zolağa keçid edən sürücü bir müddət sonra sağa manevr edir və bu zaman “Toyota Prius” markalı avtomobili sıxışdırır. Lakin “Prius” sürücüsü ona yol vermir. Qayda pozan sürücü isə iki zolağın arasıyla hərəkətinə davam edir. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh