Özünü düşünən bu cür sürücülər yüzlərlə insanı ləngidir - VİDEO

Bakıda taksi sürücüsü qaydaları kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 6-da, paytaxtın Abdulla Şaiq küçəsində baş verib.
Belə ki, 77-MD-947 qeydiyyat nişanlı "Honda" markalı avtomobilin sürücüsü hərəkət etdiyi zolaqda sıxlığın yarandığını görən zaman sol zolağa keçib. Bir neçə avtomobili ötüb keçdikdən sonra, Mirzəağa Əliyev küçəsi istiqamətinə getmək istəyən sürücü hərəkətdə olan maşınların qarşısına keçib və bu zaman bütöv xəttin tələbini pozub.
Qeyd edək ki, sıxlıqda qalmamaq üçün qaydaları bu formada pozan sürücülərə tez-tez rast gəlmək olur. Bilmək lazımdır ki, bir sürücünün belə etməsi, digər avtomobillərin tormozlayaraq sürəti aşağı salmalarına səbəb olur. Nəticədə yolda sıxlıq daha da artır və digər hərəkət iştirakçıları ləngiyir.
Xatırladaq ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










