Banner

Özünü qanundan üstün tutan sürücü iki kobud qayda pozdu - VİDEO

Qaydalar 10 Dekabr 2024 09:00 Oxunub 7388
Özünü qanundan üstün tutan sürücü iki kobud qayda pozdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 25-də, paytaxtın Mətbuat prospektində baş verib.

Belə ki, sağ zolaqla hərəkət edən sürücü öncə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində qadağanedici işıqda hərəkətinə davam edib. Daha sonra isə hərəkətin düzünə məcburiliyini bildirən nişanın tələbini pozaraq sola dönüb.

Qeyd edək ki, sürücü nişanın tələbini pozduğuna görə, 40 manat, qadağanedici işıqda hərəkət etdiyi üçün isə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.

Sözügedən videonu təqdim edirik.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh