Özünü soldan sağa atan sürücü sürətli yolda qəza şəraiti yaratdı - VİDEO

Qaydalar 20 Dekabr 2021 14:45 Oxunub 2060
Özünü soldan sağa atan sürücü sürətli yolda qəza şəraiti yaratdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda manevr qaydasını kobud şəkildə pozan sürücü digər avtomobilə qəza vəziyyəti yaradıb. Avtosfer.az xəbər verir ki, 10-VF-394 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü dekabrın 16-da Ekologiya postunun yaxınlığında sol zolaqdan qəfil sağa manevr edərək görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb. Xırdalan dairəsi istiqamətinə gedən sürücü eyni zamanda təhlükəsizlik adacığının üzərinə çıxaraq nişanlanma xəttinin tələbini də pozub.

Əksər sürücülər gedəcəyi istiqamətdə zolaqlar üzrə düzgün yerləşmir. Sol zolaqlar boş olduğu üçün həmin zolaqla hərəkət edən sürücülər son anda manevr edirlər. Bu isə digər sürücülərin təhlükə ilə üzləşməsinə, bəzi hallarda isə qəzaların baş verməsinə səbəb olur.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh