Özünü yol polisinə oxşadan şəxslər 6800 manat cərimələndi - VİDEO
Türkiyənin Eskişehir şəhərində iki nəfər park edilmiş avtomobili səyyar radar kimi təqdim etdiklərinə görə yüksək məbləğdə cərimələnib.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin dairəvi yolunda baş verib. Park etdikləri nəqliyyat vasitəsinə sayrışan işıq quraşdıraraq polisin sürət həddi yoxlaması aparması görüntüsü yaratmağa çalışıblar. Onlar bu yolla sürücülərə psixoloji təsir göstərmək və rəsmi qurum əməkdaşları təəssüratı formalaşdırmaq istəyiblər.
Hadisə sakinlər tərəfindən mobil telefonla lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Görüntülərin qısa zamanda yayılmasından sonra Eskişehir Polis İdarəsi tərəfindən araşdırma aparılıb və avtomobildə olan şəxslərin kimliyi müəyyən edilib.
Məlumata görə, “qanunvericiliklə icazə verilməyən nəqliyyat vasitələrinə sayrışan və ya səs siqnalları olan qurğuların quraşdırılması və istifadəsi” maddəsi ilə 173 min 392 türk lirəsi (6 min 755 manat) məbləğində cərimə ediliblər. Bundan əlavə, nəqliyyat vasitəsi müsadirə olunub və faktla bağlı istintaq hərəkətlərinə başlanılıb.
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən, xüsusi təyinatlı nəqliyyat vasitələrinə məxsus işıq və səs siqnallarının qanunsuz istifadəsi ciddi inzibati məsuliyyət yaradır.
Eltac Zülfüqaroğlu
“TikTok”erin toyunda sürücülər yolu kəsib çəkiliş apardılar - VİDEO
Masazırda avtobus dayanacağı yük maşınlarının parkinq yerinə çevrilib - VİDEO
Sürücü qayda pozan yük maşınına əsəbiləşib görün nə etdi - VİDEO
Sürdüyü ağır yüklü traktorla əks yola çıxıb qabağa düşmək istədi, amma... - VİDEO
Bəzi sürücülər "vura-vura öyrənərəm" düşüncəsi ilə maşın sürür - EKSPERT
Başı telefona qarışan sürücü sol zolağı zəbt edib yolu kəsdi, ardınca… - VİDEO
Sürücü "1 manatlıq" müştəriyə görə yolda hərəkəti dayandırdı - VİDEO
“06” ilə avtoxuliqanlıq edən şəxs saxlanıldı – İş məhkəməyə göndərildi - FOTO
Tıxaca səbri çatmayan sürücü 100 manatlıq qayda pozdu - VİDEO
Masazırda təhlükə saçan avtobus sürücüsü irada əsəbiləşib görün nələr etdi - VİDEO
Qadın sürücü ad günündə kişiləri qayda pozmağa məcbur etdi - VİDEO











