"Papanin" də piyada zolağının olmaması təhlükə yaradır - VİDEO
Qaydalar
11 Sentyabr 2024 12:20
Oxunub 244
Bakıda "Papanin" kimi tanınan Ceyhun Səlimov küçəsində yerüstü piyada zolağının olmaması yolu keçmək istəyənlərə ciddi problem yaradır.
Bununla bağlı şikayət daxil olub.
Sakin bildirir ki, hərbi hospitalın qarşısı olmasına baxmayaraq, burada yerüstü piyada zolaqları silinib.
"Hospitaldan çıxan insanlar hərəkətin intensiv olduğu yerdən yolu çox çətinliklə keçirlər".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.
(oxu.az)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR