Parkinq var, amma sürücülər yenə də səkidə park edir - VİDEO

Uzun müddətdir paytaxtın bir sıra küçə və prospektləri istər iaşə obyektləri, istərsə də avtomobil idarəçiləri tərəfindən bu və ya digər üsullarla zəbt edilir.
Bununla bağlı Prezident İlham Əliyevin də yanvarın 30-u müvafiq sərəncam imzalayıb və bu sənəddə səkilərin zəbtinin qarşısının alınması məqsədilə aidiyyəti qurumlara müvafiq addımların atılması tapşırılıb.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində sürücülərin səkini zəbt etmə halı adiləşib.
Belə ki, “Montin parkı” adlanan əraziyə paralel məhəlləarası yolda “Azparkinq”in parklama məntəqələri olsa da, sürücülər əlavə xərclərdən yaxa qurtara bilmək üçün səkiləri özəlləşdirməyi üstün tutublar. 90-EO-022 qeydiyyat nişanlı “Honda”, 90-VV-663 qeydiyyat nişanlı “Volkswagen”, 90-TB-119 qeydiyyat nişanlı “Toyota”, 90-SC-849 nömrəli “Nissan”, 77-SE-418 nömrəli “Audi”, 10-OK-090 nömrəli “Mitsubishi”, 90-YG-310 nömrəli "VGV" və 77-HC-333 nömrəli “BMW” markalı nəqliyyat vasitələrinin idarəçiləri maşını səkidə parklamaqla küçədən istifadə edən piyadaların da hərəkətinə maneə yaradırlar.
Qeyd edək ki, qaydaları bu cür pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin səkilərdə dayanma və durmasına görə 60 manat və əlavə olaraq 2 balla cərimə olunur.
Səfər
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










