Parkla avtobus zolağını səhv salan piyada özünü ölümə atdı - VİDEO
Qaydalar
23 Oktyabr 2024 11:00
Oxunub 4112
Bakı-Sumqayıt yolunda baş verən hadisə görənləri təəccübləndirib. Avtosfer.az xəbər verir ki, piyada 90 km/saat sürət müəyyən edilmiş yolda avtobus zolağının düz mərkəzi ilə hərəkət edərək öz həyatını təhlükə altında qoyub. Videogörüntüdən də aydın şəkildə görünür ki, avtobus sürücüsü piyadaya səs siqnalı ilə xəbərdarlıq edərək yoldan kənara çıxmasını tələb edib. Lakin o, avtobusa yol verdikdən sonra yenidən həmin zolağın mərkəzi ilə hərəkətinə davam edib.
Sözügedən videonu təqdim edirik:
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR