Banner

Parklanma etmək istəyən sürücü öz rahatlığını düşünüb yolu kəsdi - VİDEO

Qaydalar 27 Avqust 2025 11:00 Oxunub 1052
Parklanma etmək istəyən sürücü öz rahatlığını düşünüb yolu kəsdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü digər sürücülərə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Qalubiyyə küçəsində qeydə alınıb. Belə ki, 99-BT-689 qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobilin sürücüsü yolun solunda parklanma etmək üçün geriyə dönüb. O, qarşıdan nəqliyyat vasitələrinin gəlməsinə əhəmiyyət verməyərək manevri həyata keçirməyə başlayıb. Bu zaman həm velosipedçinin, həm də görüntünü qeydə alan avtomobilin yolunu kəsib. Daha sonra isə geriyə hərəkət edərək yolun kənarında parklanma etməyə çalışıb.

Qeyd edək ki, avtomobilin dövlət nömrə nişanı da oxunmaq üçün yararsızdır. Belə ki, nömrənin sonundakı rəqəmlərdən biri silindiyi üçün normal şəkildə oxunmur.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh