Parklanma və tıxac probleminin həlli ilə bağlı YENİ TƏKLİF - VİDEO

Şəhər ərazisində dayanma və durma qaydasını pozduğuna görə bir gün ərzində 700-ə yaxın sürücüyə protokol tərtib edilir. Təxminən 60 sürücünün avtomobili isə konkret olaraq hərəkətə mane olduğu üçün evakuatorla cərimə meydançasına aparılır. Bakıda hərəkətin intensiv olduğu yollarda belə halların qarşısını almaq üçün parklanma qaydaları ilə bağlı təkliflər səsləndirilir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi nəqliyyat axınının tənzimlənməsi sahəsində, cari ilin ötən dövrü ərzində 423 ədəd yeni yol nişanının və 5 ədəd svetofor obyektinin quraşdırılması, 904 ədəd yol nişanının yararsız hala düşməsi ilə əlaqədar dəyişdirilməsi, 33 küçə və prospektdə cizgi xətlərinin çəkilməsi və ictimai istifadə üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin dayanacaq yerlərinin dəyişdirilməsini təklif edib. Nazirlər Kabineti yanında ''Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası''na göndərilən təkliflər baxıldıqdan sonra məqbul hesab edilərək ''Azəravtoyol'' ASC tərəfindən icrası təmin edilib.
Nişanlar arasında ən çox dayanma və durmanı qadağan edən nişanlar olub ki, bunlar da hərəkətin intensiv olduğu küçələrə qoyulub.
Amma görünən odur ki, parklanma ilə bağlı yaşanan ən böyük problem hazırda yeni inşa edilən binalarda yaşanır. Hansı ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən bu cür binalar tikilərkən müvafiq icra hakimiyyəti orqanlarının, eləcə də yol polisinin rəyi nəzərə alınmalıdır. Amma çox təəssüflər olsun ki, buna əməl edən tikinti şirkətləri azdır.
Vaqif Əsədovun sözlərinə görə, belə halların qarşısının alınması bütün əlaqədar təşkilatların ciddi nəzarəti altında saxlanılmalıdır: "Dövlət Yol Polisi olaraq təklif edirik ki, bu kimi halların yaşanmaması üçün mütəmadi olaraq tikinti şirkətlərinin rəhbərlikləri ilə görüşlər keçirilməli və əhali arasında geniş təbliğat işləri aparılmalıdır”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












