Parklanma yerində insident - Ər-arvad sürücünü təklədi: "DİN-dən xahiş edirəm..." - VİDEO

Bakıda təzyiqə məruz qalan sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, sürücü paytaxtın Mirzəağa Əliyev küçəsində avtomobilini park edən zaman həmin ərazidə yaşayan sakinlər tərəfindən təzyiqə məruz qalıb: "Dövlətin ayırdığı parklanma yerinə qoyulmuş su bidonlarını götürüb avtomobilimi park etmək istəyirdim. Bu zaman bir qadın və kişi mənə yaxınlaşaraq nə etdiyimi soruşdular. Avtomobilimi park etdiyimi bildirən zaman, onlar məni təhqir edərək hədə-qorxu gəlməyə başladılar. Sonradan məlum oldu ki, onlar ər-arvaddılar. Hər ikisi ünvanıma nalayiq söyüşlər söyməyə başladı. Bu zaman mən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etdim. Bundan sonra kişi kinayə ilə "harada qaldı sənin post patrulların" deyərək üstümə gəlməyə başladı. Hətta onlar mənimlə milliyət söhbəti edərək, birbaşa konstitusiyanın tələblərini də pozdular. Mübahisənin genişlənməməsi üçün mən oradan uzaqlaşdım" - deyə oxucu bildirib.
O bildirir ki, artıq məsələ ilə bağlı 26-cı Polis Bölməsində ərizə yazıb. Daxili İşlər Nazirliyindən həmin şəxslərin cəzalandırılmasını xahiş edir.
Fərid
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










