Parklanmadan çıxanlar avtobus zolağını "tapdalayırlar"? - "Kamera çəkir və cərimə yazılır" - VİDEO

Paytaxtın Xocalı prospektində yerləşən parklanma məntəqəsi sürücülərin narahatlığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, məsələ sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Qeyd edilib ki, Xocalı prospekti, 13 ünvanında parkinqə giriş üçün xüsusi xətt çəkilsə də, çıxış üçün heç bir işarə yoxdur.
"Bu səbəbdən sürücülər parkinqi tərk edərkən məcburən avtobus zolağı ilə hərəkət etməli olurlar. Nəticədə isə ərazidəki kameralar onları çəkir və cərimə yazılır", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) cavabından belə məlum oldu ki, şikayət üçün heç bir əsas yoxdur.
"Xətai rayonunun Xocalı prospektində avtobus zolağı və parklanma məntəqələri yolun hərəkət hissəsinin sağında yanaşı yaradılıb. Parklanma yerinə daxil olmaq və oradan çıxmaq üçün xüsusi hərəkət zolağında qırıq xətlərlə giriş və çıxış təşkil edilib.
Hərəkət iştirakçılarına yol cizgi xətlərinin tələblərinə riayət etmək tövsiyə olunur", - deyə qurumun açıqlamasında bildirilir.
(oxu.az)
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO










