“Peradok qaldırıb” səkini zəbt edən sürücü cəzalandırıldı - RƏSMİ - FOTO

Avqustun 7-si Babək prospektində 10-CY-707 qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilin sürücüsünün sosial şəbəkə hesabında açıq şəkildə qayda pozuntularının görüntüləri Avtosfer.az saytında yayımlanmışdı.
Belə ki, konstruksiyasında etdiyi dəyişikliklərlə avtomobilinin “reklamını” edən sürücü maşınını park edərkən hər dəfə səkini məkan olaraq seçməsi ərazi sakinlərinin narazılığına səbəb olmuşdu. Vaxtaşırı qəzalarla yadda qalan prospektdə piyadalar belə hallar baş verdiyinə görə hər dəfə avtomobil yolu ilə hərəkət etməyə məcbur qaldıqlarını bildirirdilər.

Nizami rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin sürücünü aşkar edib və barəsində inzibati qaydada protokol tərtib olunub. Belə ki, sürücü İnzibati Xətalar Məcəlləsinin 342.1.3 yəni, dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə 40 manat, 346.9, yəni nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat və 342.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə 150 manat məbləğlərində cərimələnib və nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.
.jpg)
Səfər
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO













