Banner

Piyada keçidində qorxulu anlar: Qadın dayanmasaydı... - VİDEO

Qaydalar 27 Fevral 2025 12:06 Oxunub 972
Piyada keçidində qorxulu anlar: Qadın dayanmasaydı... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, 99-BM-903 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü keçiddə piyadanın olmasını görsə də dayanmadan hərəkətinə davam edib. Bu zaman piyadanın həyatı təhlükə altında qalıb. Qəzanın baş verəcəyini görən qadın dayanaraq özünü ölümdən xilas edib. Əgər o, hərəkətini davam etdirsəydi, hadisənin faciə ilə nəticələnəcəyi qaçılmaz olacaqdı.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh