Piyada keçidini parkinqlə səhv salan sürücüləri siz də tanıyın - VİDEO

Dayanma-durma qaydalarını pozan sürücülər piyadaların hərəkətinə əngəl törədib. Bu barədə izləyicilər Avtosfer.az-a video və fotolar göndəriblər. Belə ki, paytaxtın Mirəsədulla Mirqasımov ilə Süleyman Rüstəm küçələrinin kesişməsində qeydə alınmış görüntüdən aydın olduğu kimi , 77-AR-662 dövlət nömrə nişanlı “Changan Uni-V” markalı avtomobilin sürücüsü piyada keçidini zəbt edib. Maşını keçidin üzərində saxlayıb ərazidən uzaqlaşan sürücü piyadaların təhlükəsiz şəkildə hərəkətinə əngəl törədib.
Qayda pozan digər bir sürücü Sumqayıt şəhəri M.Əsədov küçəsində görüntülənib. Belə ki, 77-LO-748 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü maşını piyada keçidində saxlayaraq ərazidən uzaqlaşıb. Nəticədə o, piyadaların hərəkətinə çətinlik yaradıb.
Sumqayıt şəhəri 17-ci mikrorayon ünvanında eyni qayda pozunstusunu törədən 01-CH-226 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü məktəblilərin yolunu kəsib.
Xatırladaq ki, bu xətanı törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 60 manat məbləğində cərimələnə bilərlər.
Nərmin
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO








