Piyada keçidlərinin dayaqları niyə yola birləşdirilir? - VİDEO

Yeni tikilən piyada keçidinin dayaqları yola birləşdirilib, hətta bunun üçün yolun kənarında olan dəmir arakəsmələr də sökülüb. Görüntülər Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsindədir. Burada yaşayan sakinlər yolda yeni piyada keçidinin tikilməsinə sevinsələr də keçidin yola bu qədər yaxın olmasından narahatdılar. Bakı-Sumqayıt yolunda tikilməkdə olan digər keçid də bu şəkildə inşa edilir.
Burda da keçidin dayağı yola birləşdirilib. Halbuki, təcrübəyə baxdıqda görmək olur ki, zaman keçdkcə yolun genişləndirilməsi lazım olur bu və zaman dövlət büdcəsindən əlavə xərc ayrılaraq keçidin dayaqları arxaya çəkilir.
“Azəravtoyol” ASC-nin sözçüsü Anar Nəcəfli isə bildirir ki, yeni keçidlər tikilərkən müvafiq dövlət qrumları ilə razılaşdırılıb və təhlükəsizlik qaydalarına tam əməl edilib. Yolun genişləndirilməsinə isə ehtiyac yoxdur.
Ümid edirik ki, həqiqətən də həmin ərazidə gələcəkdədə sıxlıq olmaz və yolu genişləndirməyə ehtiyac qalmaz. Əks təqdirdə dövlət büdcəsindən əlavə vəsait xərclənəcək.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












