Piyadalara qarşı bu hərəkəti edən sürücülər CƏRİMƏLƏNƏCƏK

“Ümumiyyətlə, sürücülər tərəfindən çirkli suların, palçığın piyadalara, nəqliyyat vasitələrinə və o cümlədən binalara sıçradılmasına görə, Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 342.1.5 maddəsinə əsasən 40 manat məbləğındə cərimə nəzərdə tutulub”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri hüquqşünas Ramil Süleymanov "Konkret.az"a açıqlamasında bildirib.
“Əgər su sıçradılması nəticəsində vətəndaşın geyimi yararsız vəziyyətə düşərsə həmin şəxs bununla bağlı hüquq mühafizə orqanına müraciət etməlidir. Birinci növbədə ona bu zərəri vurmuş avtomobil barədə məlumat verilməlidir. Həmin avtomobilin sürücüsü intizam məsuliyyətinə cəlb olunur. Barəsində portokol tərtib edilir. Bundan sonra isə vətəndaş həmin protokola əsaslanmaqla sürücüyə qarşı mülki iddia qaydasında məhkəməyə müraciət edir. Uğradığı zərəri mülki qaydada tələb etmək hüququna malik olur.”
Hüquqşünas qeyd edir ki, bununla bağlı sürücünün qeydiyyatda olduğu yerin məhkəməsinə protokolun surəti göndərilir:
“Hadisəni və zərəri əks etdirən fotoşəkillər, eləcə də iddia ərizəsi məhkəməyə təqdim olunur. Bu halda dəymiş zərər tələb edilə bilər“.

Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










