Piyadalara qarşı kütləvi reyd - 70-dən çox piyada cərimələndi - FOTOLAR

Gəncədə yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib. Avtosfer.az-ın APA -ya istinadən verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi əməkdaşlarının şəhərin intensiv hərəkətli küçələrində keçirdikləri reyd zamanı 70-dən artıq piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. Piyadalar nəzərdə tutulmayan yerlərdən keçdikləri üçün onların barəsində protokol tərtib edilib və hər biri 20 manat məbləğində cərimələnib.
Polis şöbəsinin inspektor Vasif Rüstəmovun bildirdiyinə görə, mütəmadi keçirilən reydlər öz müsbət nəticəsini verməkdədir. İnspektor bundan sonrada bu kimi tədbirlərin davam etdiriləcəyini bildirib.
Məlumata görə ötən il Gəncədə 18 min 674 piyada yol hərəkəti qaydalarını pozaraq nəzərdə tutulmayan yerlərdən yolu keçdikləri üçün məsuliyyətə cəlb edilib.


Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT











