Piyadanı vurmamaq üçün 3 avtomobili əzdi - FOTO
Qaydalar
1 İyul 2017 19:09

Salyanda 4 maşın toqquşub: sürücü xəsarət alıb
Bu gün günorta saatlarında Salyan şəhərinin mərkəzində 4 avtomaşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, T.Xəlilbəyli küçəsi ilə hərəkətdə olan 19 BA 898 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomaşın qəfildən idarəetməni itirərək yolun kənarında dayanmış “Mercedes-C” , “Daewoo” və daha bir “Mercedes-cupe”yə çırpılıb. Hadisə nəticəsində “06”nın sürücüsü 63 yaşlı Həsənqulu Axundov bədən xəsarətləri aldığından Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Sürücünün bildirdiyinə görə, o, qarşısına çıxmış piyadanı vurmamaq üçün manevr etmək istədikdə idarəetməni itirərək yolun kənarında dayanmış 3 maşını vurub. Faktla bağlı araşdırmalara başlanılıb.
Oxunub : 1988
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 10:00
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
29 Sentyabr 2026 09:00
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
28 Sentyabr 2026 20:30
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
28 Sentyabr 2026 19:30
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
28 Sentyabr 2026 17:30
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
28 Sentyabr 2026 16:53
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
28 Sentyabr 2026 16:30
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
28 Sentyabr 2026 13:36
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
28 Sentyabr 2026 10:18
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
25 Sentyabr 2026 19:30
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
25 Sentyabr 2026 16:30
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
25 Sentyabr 2026 14:18
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
ŞƏRH YAZ


















