Piyadanı vurmaqda təqsirləndirilən şəxsin cəzası endirilib

Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zabil Əsədzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Z.Əsədzadənin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.
İttiham aktına əsasən, 2016-cı il mayın 17-də saat 20:20 radələrində Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Sumqayıt şəhər sakinləri Tofiq Haqverdiyevin idarə etdiyi “Ford” və Z.Əsədzadənin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Bu zaman Z.Əsədzadə idarəetməni itirdiyindən yolun kənarında dayanan qəsəbə sakini Minə Əmiraslanovanı vurub. M.Əmiraslanova hadisə yerində ölüb. Z.Əsədzadə Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
"Report"
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO
Bir zolağa yerləşməyən sürücü ikinci zolağa keçib motosikleti sıxışdırdı - VİDEO
Bakıda ticarət köşklərinin sahibləri soyuducuları ağaclara bağlayır – ŞİKAYƏT - FOTO
Qaydalara məhəl qoymayan sürücü qorxulu anlar yaşatdı - VİDEO










