Piyadaya heç bir maneə törətməyən sürücü CƏRİMƏLƏNDİ - ŞİKAYƏT - FOTO

Bərdə rayonunda qayda pozmayan sürücü kamera vasitəsilə cərimələnib. Bu barədə sürücü Avtosfer.az-ın qaynar xəttinə müraciət ünvanlayıb. Sənan İbrahimov adlı oxucu bildirib ki, idarə etdiyi 90-GF-767 qeydiyyat nişanlı "Honda" markalı avtomobillə hərəkətdə olarkən onun barəsində protokol tərtib olunub: "Piyada keçidində heç kimə mane olmayaraq yoluma davam etmişəm. Görüntüdən də aydın şəkildə görünür ki, piyada yolun əks tərəfindən yenicə hərəkət etməyə başlayıb. Mən öz hərəkətimlə ona heç bir maneə törətməmişən. Ona görə də kamera vasitəsilə barəmdə tərtib edilmiş cərimə əsassızdır. Bu barədə Asanpay.az vasitəsilə müraciət də ünvanlamışam. Lakin hələ heç bir reaksiya verilməyib- deyə sürücü bildirib.
2016-cı ildə İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklikdən sonra 330-cu maddəyə "Qeyd" hissəsi əlavə edildi. Həmin qeyddə yazılıb ki, piyadaya "yol verilməməsi" dedikdə sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Yəni, sürücü piyada keçidini keçərkən piyadanın hərəkət sürətinə və hərəkət istiqamətinə maneə yaratmırsa qayda pozmamış hesab olunur.
Fərid
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










