Piyadaya yol verməyən sürücüləri siz də tanıyın - VİDEO

Piyadaların rahat hərəkəti üçün səki və keçidlər təşkil olunub. Keçidlərdə avtomobillər dayanıb piyadalara yol verməlidir. Lakin bəzi sürücülər buna məhəl qoymayıb, piyadalara yol vermir.
Avtosfer.az xəbər verir ki, analoji halla bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Belə ki, “Hyundai Grandeur” markalı 77-AR-812 dövlət nömrəli və “Hyundai Elantra” markalı 77-XZ-094 qeydiyyat nişanlı avtomobillərin sürücüləri yolun qarşı tərəfinə keçmək istəyən piyadalara yol vermirlər. Sürücülər piyada keçidinə qədər (keçidin qarşısında) sürəti azaltmaq və ya nəqliyyat vasitəsini tam dayandırmaq yolu ilə piyadaya yol verməlidir.
Qeyd edək ki, sözügedən sürücülər yolayrıcından kənardakı nizamlanmayan piyada keçidində piyadaya yol vermədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 151-3-cü maddəsi üzrə 50 manat cərimə olunmalıdır.
Məhəbbət Tərlanoğlu
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO








