“Polis qayda pozulan ərazidən uzaqlaşan kimi…” – RÖVŞƏN TAĞIYEV “MANATLIQ” TAKSİLƏRDƏN DANIŞDI - VİDEO

Paytaxtın bir sıra küçə və prospektlərində ötən ildən avtobus zolaqlarının çəkilməsinə başlanıldı. Hətta İnzibati Xətalar Məcəlləsində bu zolaqda digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq üçün cərimə məbləği də artırıldı. Buna baxmayaraq bu gün hələ də avtobus zolaqlarını zəbt edən sürücülərə rast gəlmək mümkündür.
Avtosfer.az xəbər verir ki, bu gün MEDİA Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” adlı tədbirdə qurumların mətbuat katibləri jurnalistlərin suallarını cavablandırıb.
“Əhmədli” metro stansiyası ətrafında salınan avtobus zolaqlarının vaxtaşırı “manatlıq” taksilər tərəfindən zəbt olunması və bu istiqamətdə tədbirlərin görülməsinin vacibliyinə toxunulub.
Məsələ ilə bağlı jurnalistin sualını cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib ki, yazılan cərimələrə, görülən tədbirlərə baxmayaraq, bu tip sürücülərə hələ də rast gəlinir:
“Yol polisi bu problemlə bağlı daim mübarizə aparır. Avtobus zolağında, eləcə də dayanacaqlara 15 metr məsafədən yaxın dayanmaq və durmaq qadağandır. Bununla bağlı əgər ərazidə kameralar varsa, həmin sürücülər barədə, təbii ki, protocol tərtib edilir. Amma yenə də deyə bilmərik ki, paytaxtın heç bir yerində belə sürücülər yoxdur. Var. Yol polisi bir nöqtəyə bütün gün təhkim oluna bilməz, çünki bizim şəxsi heyətimiz o qədər də çox deyil. Hər bir yol patrul xidməti əməkdaşının, inspektorların dislokasiya əraziləri olur. Yol polisi qaydalar pozulan ərazilərdən uzaqlaşan kimi taksi sürücüləri yenidən gəlib orda avtomobilini saxlayır”.
Rövşən Tağıyevin həmin çıxışını sizə təqdim edirik:
Səfər
"AA" seriyalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - FOTO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










