Polis və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmət edir – DİN
“COVID-19” pandemiyası ilə əlaqədar ölkədə hazırki sanitar-epidemioloji vəziyyət təhlil edilərkən çox təəssüf ki, respublikanın bəzi ərazilərində əhali arasında virusa yoluxmanın dinamikasında yenidən ciddi artım müşahidə edilib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli qərarı ilə 14 oktyabr saat 00.00-dan başlayaraq Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış məhdudlaşdırılıb. DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, qərardan irəli gələn vəzifələrin icrası ilə əlaqədar qeyd olunan rayon mərkəzlərinin və kəndlərin giriş-çıxışlarında xüsusi karantin postları təşkil edilərək polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmətə cəlb olunublar.
Bu təhlükəli virusun geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
“COVID-19” pandemiyası zəminində dünyada yaşanan hazırki fövqəladə vəziyyətdə və dövlətimiz üçün həssas bir dönəmdə ölkə əhalisinə xüsusi karantin rejimi müddətində göstərdikləri əzm və vətəndaş məsuliyyətinə görə bir daha təşəkkür edirik. İnanırıq ki, qarşıdakı müddətdə də virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar törətməməsi üçün vətəndaşlarımız, o cümlədən Nazirlər Kabinetinin qərarında adları qeyd olunan Sabirabad və Şəki rayonlarının sakinləri karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının tələb və tövsiyələrini anlayışla qarşılayacaq və bununla əlaqədar tətbiq edilən bütün qayda və qadağalara ciddi riayət edəcəklər.
Fidan
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO - YENİLƏNİB











