Reklam

Polis və radarı görəndə "quzuya" dönən sürücülər - VİDEO

Qaydalar 18 Yanvar 2022 16:00 Oxunub 1270
Polis və radarı görəndə "quzuya" dönən sürücülər  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülərin mütəmadi pozduqları qaydalardan biri də sürət həddinin aşılmasıdır. İstər ölümlə, istərsə də xəsarətsiz nəticələnən yol nəqliyyat hadisələrinin əksəriyyəti sürət həddinin aşılması səbəbindən baş verir. Həm şəhər yollarında, həm də respublika əhəmiyyətli yollarda sürət həddinə əməl etməyən sürücülər radar və ya polis maşını görən zaman sürəti azaldırlar, onları keçdikdən sonra yenidən sürət həddini aşaraq yollarına davam edirlər. Bu düşüncə ilə hərəkət edən sürücülər radarı və polisi yox, özlərini aldatmış olurlar.

Paytaxtın A.Salamzadə küçəsində 60 km/saat sürət olan hissədə yüksək sürətlə hərəkət edən sürücülər Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, həmin sürücülər qarşıdakı radarı görən kimi əyləci basaraq sürətlərini azaldırlar və yolayrıcında qırmızı işıqda dayanası olurlar. Sürət həddini aşmayan sürücü isə gəlib onlara çatır. Bu qaydanı şəhər küçələrində pozan sürücülər birmənalı şəkildə anlamıldırlar ki, onlar özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə atmaqdan başqa heç nə əldə etmirlər.

Rayon yollarında qayda pozaraq tələsən sürücülər isə postlarda saxlanılırlar və cərimə olunurlar. Onlar sürət həddini aşaraq qazandıqları zamanı postda dayanaraq itirirlər. Bununla yanaşı həm də cəriməni ödəməklə büdcələrinə ziyan etmiş olurlar.

Onu da qeyd edək ki, hərəkət sürətini aşaraq xəsarətlə nəticələnən qəza törədən sürücü, yol hərəkəti qaydalarının digər tələblərini pozmamış olsa da belə ağır şəkildə cəzalandırılır.

Bir sözlə, vaxt qazanmaq istəyən sürücü tələsməməlidir...

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh