Polis yolu bağladı, sürücülər əks istiqamətə çıxdı - VİDEO

Qaydalar 28 Dekabr 2020 13:32 Oxunub 1676
Polis yolu bağladı, sürücülər əks istiqamətə çıxdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda əks istiqamətə çıxan sürücülərin hərəkətini sərnişinlərdən biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, dekabrın 26-sı paytaxtın Biləcəri qəsəbəsində yol polisli əməkdaşları yolu bağlayaraq digər istiqamətdən gələn nəqliyyat vqasitələrinin hərəkətini tənzimləyib. Bu zaman 99-ER-319 qeydiyyat nişanlı “Hyundai” markalı və 99-TS-023 qeydiyyat nişanlı “Lexus” markalı avtomobillərin sürücüləri bütöv xəttin tələbini pozaraq əks istiqamətdə hərəkət etməyə başlayıblar.

Videodan aydın şəkildə görünür ki, bu sürüclərlə yanaşı bir neçə sürücü də əks istiqamətə çıxaraq qarşıdan gələnlərin yolunu bağlayıb.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh