Polisə "güzgü atan" yeniyetmə əks yola girib oyun çıxardı - VİDEO

Son vaxtlar motosiklet və moped sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli manevrlər etməsi və bu görüntüləri sosial şəbəkələrdə paylaşması halları artmaqdadır. Xüsusilə, bəzi gənc sürücülər polis avtomobillərinin yanından keçərkən qəsdən onların yan güzgüsünə toxunmağa cəhd edərək yeni bir "güzgü atmaq" trendi yaradıblar. Bu məsuliyyətsiz davranış təkcə onların öz həyatını deyil, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini ciddi şəkildə risk altına atır.
Avtosfer.az xəbər verir ki, belə təhlükəli hərəkətlərdən biri Xırdalan şəhərində qeydə alınıb. Videoda görünür ki, moped sürücüsü svetoforun qırmızı işığında dayanmış Post Patrul Xidməti (PPX) avtomobilinin düz yanından keçərək əks istiqamətə çıxır. Qanunsuz hərəkətini davam etdirən sürücü daha sonra yaşayış binasının həyətinə dönərək videonu dayandırır. Onun məqsədi isə məhz polis avtomobilinin yaxınlığından keçərək "güzgü atmaq" trendinə qoşulmaq və bu görüntünü sosial şəbəkələrdə paylaşmaq olub.
Əldə edilən məlumata görə, bu məsuliyyətsiz hərəkəti edən sürücü yeniyetmədir.
Bu kimi hallar onu göstərir ki, bəzi gənc sürücülər yol hərəkəti qaydalarına riayət etməyin vacibliyini anlamır və əksinə, qaydaları pozmağı əyləncə və sosial mediada populyarlıq qazanmaq vasitəsi kimi görürlər. Ancaq unutmaq olmaz ki, belə davranışlar təkcə inzibati məsuliyyətlə deyil, həm də ağır qəzalarla nəticələnə bilər.
Nərmin
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO








