Polisin işarəsi ilə qırmızıda keçib cərimələndikdə nə etməlisiz? - RƏSMİ AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə sürücülər tərəfindən tez-tez müəmmalı cərimələrlə bağlı suallar səsləndirilir: “Tıxac zamanı polis əməkdaşları bizi qırmızı işıqda keçməyə yönəldir, amma sonradan kameralar bizi çəkir və cərimə gəlir. Bu halda biz nə edək, hara şikayət edək?”
Avtosfer.az xəbər verir ki, Bakıda müşahidə edilən tıxaclı saatlarda bəzi küçələrdə yol nizamlayıcısı nəqliyyat axınını tənzimləmək məqsədilə sürücüləri qırmızı işıqda hərəkəti davam etdirməklə bağlı göstəriş verir. Bu, hərəkətin daha operativ şəkildə təmini və tıxacın aradan qaldırılması üçün həyata keçirilir.
Lakin bu zaman arxadan gələn sürücülərin bir çoxu müşahidə kameralarına düşərək qayda pozuntusu etdiyi üçün cərimələnir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məsələ ilə bağlı bildirildi ki, belə hallarda sürücülər cərimə tətbiq edildikdə müraciət etməlidirlər:
“Hər bir müraciət araşdırılır və hadisənin detalları hüquqi baxımdan qiymətləndirilir. Əgər məlum olsa ki, sürücü yol polisinə tabe olaraq hərəkət edib, cərimə qanunsuz sayılır və ləğv edilir”.
Yol hərəkəti qaydalarının daha şəffaf və sürücülər üçün aydın şəkildə tətbiqi, həm təhlükəsizliyi təmin edər, həm də vətəndaş-məmur münasibətlərində etimadı artırar.
Fidan
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO










